Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya təsnifat turniri davam edir.Azərtac xəbər verir ki, yarışın ikinci günündə – martın 19-da qadın güləşçilər mübarizəyə qoşulacaqlar.Millimizin heyətində Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (78 kq) səkkizdəbir, Tatyana Omelçenko (76 kq) isə dörddəbir finaldan yarışa başlayacaqlar. Belə ki, L.Qurbanova macarıstanlı Timea Şeker, A.Kolesnik Evelina Nikolova (Bolqarıstan), T.Omelçenko Anastasiya Qriqoryeva (Latviya) – Sara Da Kol (İtaliya) cütünün qalibi ilə, E.Manolova israilli İlana Kratiş, G.Zutova isə Böyük Britaniya təmsilçisi Corcina Neltorp ilə üz-üzə gələcək.Yarış Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Yarımfinallar isə saat 21:00-da başlayacaq. Hər çəkidə finala vəsiqə qazananlar həm də “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər. Təsnifat turniri martın 21-də başa çatacaq.Qeyd edək ki, bu gün eyni zamanda kişi sərbəst güləşçilər arasında medal görüşləri baş tutacaq. Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) qızıl, İslam Bazarqanov (57 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal uğrunda mübarizə aparacaq. Abubakr Abakarov (86 kq) isə təsəlliverici görüşə çıxacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…