İngiltərə Kubokunda 1/4 final mərhələsinin son iki oyunu keçirilib

22 Mart 2021 19:49

Xəbər 480 dəfə oxunub

Futbol üzrə İngiltərə Kubokunda 1/4 final mərhələsinin son iki oyunu keçirilib.Azərtac xəbər verir ki, günün ilk matçında “Çelsi” doğma meydanda “Şeffild Yunayted”i 2 cavabsız qolla məğlub edib.Qolları 24-cü dəqiqədə Oliver Norvud öz qapısına, 90-cı dəqiqədə isə Hakim Ziyeş vurub.Digər qarşılaşmada “Lester Siti” evdə “Mançester Yunayted”ini 3:1 hesabı ilə məğlub edib. Matçın 24-cü dəqiqəsində Keleçi İhenaço meydan sahiblərini hesabda önə çıxarsa da, 14 dəqiqə sonra Meyson Qrinvud tarazlığı bərpa edib. Qarşılaşmanın 52-ci dəqiqəsində Yuri Tilemans “qırmızı şeytanlar”ı ikinci dəfə məyus edib. Görüşdə son nöqtəni isə 78-ci dəqiqədə İhenaço qoyub.Beləliklə, qələbə sayəsində “Çelsi” və “Lester Siti” komandaları yarımfinala vəsiqə qazanıblar. Londonlular bu raundda “Mançester Siti” ilə, Lester təmsilçisi isə “Sautgempton”la qarşılaşacaq.Qeyd edək ki, yarımfinal oyunları aprelin 17-də baş tutacaq.xeber100.com