Avropa Voleybol Konfederasiyası hakimlərə növbəti təyinat göndərib

23 Mart 2021 19:26

Xəbər 533 dəfə oxunub

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimlərə növbəti təyinat göndərib.Azərtac Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, beynəlxalq dərəcəli hakimlərimiz Eldar Əliyev və Konstantin Selin martın 24-də Çağırış kubokunun final matçlarını idarə edəcəklər.Eldar Əliyev kişi voleybolçular arasında “Ziraat Bankası” (Türkiyə) – “Allians” (İtaliya) cavab matçının ikinci hakimi olacaq. Görüş Ankarada Başkent Voleybol salonunda baş tutacaq. Qarşılaşmanın birinci hakimi isə bolqarıstanlı Georgiev İlian olacaq.Digər beynəlxalq dərəcəli hakimimiz K.Selin isə Türkiyədə Burhan Felek Voleybol salonunda qadın voleybolçular arasında “Yeşilyurt” (Türkiyə) – “Alba” (Rumıniya) klublarının ikinci final qarşılaşmasında hakimlik edəcək. Matçda birinci hakim italiyalı Vaqni İlaria iştirak edəcək.xeber100.com