Azərbaycan Triatlon Federasiyasının məlumatı əsasında…

23 Mart 2021 19:28

Xəbər 449 dəfə oxunub

Triatlon üzrə Azərbaycan millisi koronavirus pandemiyası ilə bağlı məcburi fasilədən sonra növbəti yarışda gücünü sınayıb.Azərbaycan Triatlon Federasiyasından Azərtac-a bildiriblər ki, idmançımız Kseniya Levkovskaya Dubayda keçirilən nüfuzlu “İronman 70.3” turnirində çıxış edib.Təmsilçimiz 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiqment və 21,1 kilometr qaçışın daxil edildiyi bütün məsafəni uğurla keçib. Kseniya 4 saat 18 dəqiqə nəticə göstərib və 11-ci olub. Bir müddət əvvəl Levkovskaya Kiyevdə keçirilən “Triatman İron” turnirində qızıl medal qazanmışdı.Triatlet-həvəskarlarımız da Dubay yarışında iştirak ediblər. Aydın Kərimov 5 saat 17 dəqiqə, Fariz Məmmədov 6 saat 6 dəqiqə nəticə göstəriblər.xeber100.com