“Atletiko Madrid” klubunun hücumçusu karyerasını “Benfika”da davam etdirəcək

25 Mart 2021 18:22

Xəbər 670 dəfə oxunub

İspaniyanın “Atletiko Madrid” futbol klubunun sabiq hücumçusu Dieqo Kosta karyerasını “Benfika”da davam etdirəcək.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, 32 yaşlı hücumçu Portuqaliya təmsilçisi ilə razılığa gəlib. Onun “Benfika” ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.Qeyd edək ki, D.Kosta ötən ilin dekabrında “Ateltiko Madrid”dən ayrıldıqdan sonra sərbəstdir.xeber100.com