İtaliya A seriyasında ötən mövsümün ən yaxşı məşqçisi müəyyənləşib

30 Mart 2021 15:01

Xəbər 439 dəfə oxunub

İtaliya A seriyasında ötən mövsümün ən yaxşı məşqçisi müəyyənləşib.Azərtac xəbər verir ki, İtaliya Məşqçilər Birliyinin seçiminə əsasən, qalib “Atalanta” futbol klubunun çalışdırıcısı Can Pyero Qasperini olub. Altmış üç yaşlı mütəxəssisin birinci seçilməsinə onun komandasının 2019-2020-ci il mövsümündə UEFA Çempionlar Liqasının dörddəbir final oyunlarındakı çıxışı da təsir edib.Qasperini ardıcıl 2-ci dəfə bu mükafatı qazanıb.Qeyd edək ki, mütəxəssis 2016-cı ildən “Atalanta”nı çalışdırır. Komanda onun baş məşqçiliyi altında ardıcıl 3 il UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.xeber100.com