2021-ci ilin ən məhsuldar futbolçularının siyahısı tərtib edilib

2 Aprel 2021 15:32

Xəbər 463 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən məhsuldar futbolçularının siyahısını tərtib edib.Azərtac xəbər verir ki, siyahıda 34 oyunçu yer alıb. Aktivində 18 qol olan “Bavariya”nın hücumçusu Robert Levandovski cədvəldə birincidir. “Barselona”nın kapitanı Lionel Messi 16 topla ikinci, Tardeli Reis (“Samut Prakan”, Tailand) isə 15 qolla üçüncüdür.Portuqaliya millisinin və “Yuventus”un futbolçusu Kriştiano Ronaldo 11 qolla 17-ci yerdədir.Qeyd edək ki, siyahıya milli və beynəlxalq səviyyəli turnirlərdə ən azı 10 qol vuran futbolçuların adı daxil edilib.xeber100.com