“Qarabağ” futbol klubu “Keşlə”nin müdafiəçisini transfer etmək istəyir

5 Aprel 2021 14:39

Xəbər 432 dəfə oxunub

“Qarabağ” klubu “Keşlə”nin müdafiəçisi Azər Salahlını transfer etmək istəyir.Azərtac xəbər verir ki, hazırda sol cinahda problemi olan Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu mövqedəki boşluğu A.Salahlı ilə doldurmaq istəyir.Qeyd edək ki, A.Salahlı son vaxtlar yaxşı formadadır və artıq millinin də əsas heyət üzvünə çevirilməyə başlayıb. Mövsümün sonunda “Keşlə” ilə müqaviləsi başa çatacaq oyunçu ilə artıq indidən ilkin razılığın əldə edildiyi bildirilir.xeber100.com