Onlayn şahmat turnirin qalibləri müəyyənləşib

5 Aprel 2021 14:53

Xəbər 557 dəfə oxunub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi Taleh Mustafazadənin xatirəsinə həsr olunan onlayn şahmat turnirin qalibləri müəyyənləşib.BŞGİBİ-dən Azərtac-a bildiriblər ki, İsveçrə sistemi üzrə təşkil olunan yarışda Amin Qurbanov birinci olub. Yunis Mahmudzadə yarışı ikinci, Allahverdi Həmidov isə üçüncü pillədə başa vurublar.Qızların yarışında Şəms Fərzəli, Leyla Mirzəliyeva və Röya Çantayeva ilk üçlükdə qərarlaşıblar.Şəhid Taleh Mustafazadə “Vətən Uğrunda”, ”Cəsur Döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.xeber100.com