“Çelsi”nin hücumçusu “İnter” futbol klubuna keçə bilər

6 Aprel 2021 09:01

Xəbər 417 dəfə oxunub

“Çelsi”nin hücumçusu Oliviye Jiru “İnter”ə keçə bilər.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, 34 yaşlı fransalı futbolçu klubla şəxsi müqaviləsinin detalları barədə artıq razılığa gəlsə də, London klubu ilə transfer qiyməti barədə anlaşa bilmirlər. “İnter” oyunçu üçün 5 milyon avro təklif edir. Lakin “Çelsi” bu transfer üçün ən azı 8 milyon avro istəyir.Cari mövsümdə fransalı Premyer Liqada 14 matçda 4 qol vurub.xeber100.com