“Bavariya” klubu mərkəz müdafiəçisi ilə müqaviləni uzatmayacaq

7 Aprel 2021 11:19

Xəbər 369 dəfə oxunub

Almaniyanın “Bavariya” klubu mərkəz müdafiəçisi Jerom Boatenq ilə müqaviləni uzatmayacaq.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, almaniyalı futbolçu buna görə də, cari mövsümün sonunda klubu tərk etmək məcburiyyətində qalacaq.Xatırladaq ki, 32 yaşlı futbolçu Jerom Boatenq 2011-ci ilin yayında İngiltərənin “Mançester Siti” klubundan 13,5 milyon avro qarşılığında “Bavariya”ya keçib. Futbolçu ötən müddət ərzində komandanın heyətində 354 oyunda 10 qol vurub, 25 məhsuldar ötürmə edib.xeber100.com