“Julius Baer Challengers Chess Tour” turniri start götürəcək

8 Aprel 2021 15:12

Xəbər 410 dəfə oxunub

Bu gün dünyanın gənc və istedadlı şahmatçılarının iştirakı ilə “Julius Baer Challengers Chess Tour” turniri start götürəcək.Azərtac yarışın rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan təmsilçisi Günay Məmmədzadənin də qatılacağı yarışda, iki komanda olmaqla, ümumilikdə 20 şahmatçı iştirak edəcək. Günay Məmmədzadə tanınmış şahmatçılardan biri Yudit Polqarın kapitanı olacağı komandada yer alıb. Digər komandaya isə 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edəcək.Turnirin birinci günü 5 turun oyunları keçiriləcək.xeber100.com