“Julius Baer Challengers Chess Tour” turniri davam edir

10 Aprel 2021 11:00

Xəbər 383 dəfə oxunub

Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı “Julius Baer Challengers Chess Tour” turniri davam edir.Azərtac xəbər verir ki, bu gün şahmatçılar daha 5 turda mübarizə aparacaqlar. G.Məmmədzadə 11-ci tur çərçivəsində ilk qarşılaşmasını hindistanlı Leon Mendonka qarşı keçirəcək.Şahmatçımız 12-ci turda qazaxıstanlı Jansaya Abdulmalik, növbəti turda iranlı Sarasadat Hademalşarieh, günün son iki turunda isə Nodirbek Abdulmalik və Volodar Murzinlə mübarizə aparacaq.Qeyd edək ki, G.Məmmədzadə ötən 10 oyundan 3 xal toplayıb.Turnirdə hər komandada 10 şahmatçı olmaqla, iki komanda yarışır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.xeber100.com