Milli Gimnastika Arenası bir illik fasilədən sonra beynəlxalq yarışlara yenidən ev sahibliyi etməyə hazırlaşır.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, qlobal COVID-19 pandemiyası səbəbindən təxirə salınmış və bu ilin may ayında keçirilməsi gözlənilən yarışların təşkilinə həmin tədbirlərin əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə icazə verilib.Sözügedən yarışlar “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bədii gimnastika üzrə dünya kuboku (7-9 may), aerobika gimnastikası üzrə yaş qrupları yarışları (21-23 may) və bu növ üzrə dünya çempionatıdır (27-29 may).Turnirlərin ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.Xatırladaq ki, qlobal COVID-19 pandemiyasına görə ölkəmizdə görülən təxirəsalınmaz və qabaqlayıcı tədbirlərlə əlaqədar 2020-ci ildə Bakıya həvalə olunmuş 8 beynəlxalq turnirdən yalnız ikisi baş tutmuşdur. Digər yarışlar ləğv edilmiş və ya təxirə salınmışdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…