Taekvondo üzrə Avropa Olimpiya təsnifat turniri start götürəcək

15 Aprel 2021 14:24

Xəbər 497 dəfə oxunub

Mayın 7-də Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə Avropa Olimpiya təsnifat turniri start götürəcək.Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, komandamızı yarışda 3 idmançı təmsil edəcək. Belə ki, qadınların yarışında Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) qüvvələrini sınayacaqlar. Kişilərin mübarizəsində isə Avropa, dünya və Olimpiya çempionu Radik İsayev (80 kiloqramdan yuxarı) mübarizə aparacaq.Turnir 3 gün davam edəcək.xeber100.com