Aprelin 15-də futbol üzrə UEFA Avropa Liqasında dörddəbir final mərhələsinə yekun vurulub.Azərtac xəbər verir ki, bununla da növbəti raunda adlayan komandalar müəyyənləşib.İngiltərənin “Mançester Yunayted” və “Arsenal”, İspaniyanın “Vilyarreal” və İtaliyanın “Roma” klubları yarımfinala vəsiqə qazanıblar. “Qırmızı şeytanlar” İspaniyada qalib gəldiyi “Qranada”nı evdə də eyni hesabla məğlub edib. “Topçular” isə Londonda 1:1 hesablı heç-heçəyə razılaşdığı Çexiyanın “Slaviya” (Praqa) komandasını səfərdə darmadağın edib – 4:0. “Roma” İtaliyada Niderland “Ayaks”ı ilə bərabərə qalıb – 1:1. İlk oyunda 2:1 hesablı qələbə qazanan “canavarlar” adını növbəti mərhələyə yazdırıb. “Vilyarreal” isə İspaniyada Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna heç bir şans verməyib. Səfər oyununda minimal hesablı qələbəyə sevinən La Liqa təmsilçisi evdə də rəqibini məğlub edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…