Bədii gimnastika üzrə dünya kuboku yarışları keçirilib

19 Aprel 2021 11:22

Xəbər 381 dəfə oxunub

Özbəkistanın paytaxtı Daşkənddə bədii gimnastika üzrə dünya kuboku yarışları keçirilib.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə ölkəmizi bədii gimnastika üzrə yığma komandamızın üzvləri Arzu Cəlilova və Nərminə Səmədova təmsil ediblər.Gənc gimnastlarımızın çoxnövçülük üzrə çıxışlarının toplam nəticələrinə əsasən, N.Səmədova 33-cü, A.Cəlilova isə 37-ci yerdə qərarlaşıblar.Alətlər üzrə yarışlarda N.Səmədova ən yaxşı nəticəni halqa ilə (24-cü yer), A.Cəlilova isə gürzlərlə (18-ci yer) nümayiş etdirib.xeber100.com