Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatında ikinci günün yarışları keçirilib.Azərtac xəbər verir ki, “Tokio 2020”-yə lisenziya xarakterli yarışın ikinci günündə iki idmançımız mübarizəyə qoşulsa da, çıxışlarını erkən başa vurublar. Belə ki, kişilər arasında 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov onaltıdabir finalda almaniyalı Niklas Bloxla qalib gəlsə də, növbəti mərhələdə Belçika təmsilçisi Matias Kasseyə məğlub olub. Onunla eyni çəkidə mübarizə aparan Murad Fətiyev türkiyəli Vedat Albayrakla ilk qarşılaşmasında uduzub.Qeyd edək ki, turnirin birinci günündə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov bürünc medal qazanıb.Qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparır. Yarışda Azərbaycanı 9 idmançı təmsil edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…