Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının məlumatına görə…

27 Aprel 2021 14:22

Xəbər 617 dəfə oxunub

Bakıda təşkili nəzərdə tutulan güllə və stend atıcılığı üzrə dünya kuboku yarışları ləğv edilib.Azərtac Beynəlxalq Atıcılıq İdmanı Federasiyasına (ISSF) istinadla xəbər verir ki, yarış koronovirus səbəbindən ləğv edilib. İnsanların sağlamlığı əsas götürülərək Bakıda yarışın təşkili məqsədəuyğun hesab edilməyib.Qeyd edək ki, dünya kuboku yarışlarının iyunun 21-dən iyulun 2-dək keçirilməsi planlaşdırılırdı.xeber100.com