Gürcüstanda yeniyetmə və gənclər arasında şahmat turniri keçiriləcək

7 May 2021 14:08

Xəbər 456 dəfə oxunub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Gürcüstanda yeniyetmə və gənclər arasında şahmat turniri keçiriləcək.Azərtac xəbər verir ki, turnir Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və “SOCAR Georgia” şirkətinin dəstəyi ilə reallaşacaq.Xatirə turniri mayın 10-da saat 10:00-dan etibarən səfirliyin Tbilisi şəhəri Vaxtanq Qorqasali küçəsi 4 ünvanında yerləşən inzibati binasında start götürəcək.İsveçrə sistemi ilə keçiriləcək turnirin yekununda hər iki kateqoriya üzrə ilk üç yeri tutacaq Gürcüstan vətəndaşları səfir Faiq Quliyev və Gürcüstan hökumətinin səlahiyyətli nümayəndələri tərəfindən təltif olunacaqlar.xeber100.com