Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində

8 May 2021 10:24

Xəbər 400 dəfə oxunub

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində ikinci oyununu keçirəcək.Azərtac xəbər verir ki, Gürcüstanda təşkil olunan birinci dövrənin oyunlarında “F” qrupunda yer alan yığmamız meydan sahibləri ilə qarşılaşacaq.Millimiz birinci oyununda Monteneqroya 1:3 hesabı ilə məğlub olub.Yığmamız birinci dövrədə sonuncu oyununu mayın 9-da Yunanıstan seçməsinə qarşı keçirəcək.