Azərbaycan kubokunun final matçının başlama vaxtı müəyyənləşib

17 May 2021 13:25

Xəbər 360 dəfə oxunub

Futbol üzrə Azərbaycan kubokunun final matçının başlama vaxtı müəyyənləşib.Azərtac Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, “Keşlə” və “Sumqayıt” komandaları arasında mayın 24-də “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək.Oyun “CBC Sport” telekanalı ilə birbaşa yayımlanacaq.xeber100.com