“Milan”ın hücumçusu mövsümün sonunda klubu tərk edəcək

17 May 2021 13:29

Xəbər 363 dəfə oxunub

“Milan”ın hücumçusu Mario Mandzukiç mövsümün sonunda klubu tərk edəcək.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, İtaliya təmsilçisi futbolçu ilə bu il iyunun sonuna qədər qüvvədə olan müqaviləni yeniləmək niyyətində deyil.Xorvatiyalı futbolçu 2021-ci ilin yanvarından Stefano Piolinin komandasında çıxış edir. Komandada 9 oyun keçirən 34 yaşlı hücumçu fərqlənə bilməyib.xeber100.com