“Mançester Yunayted” futbol klubunun ən yaxşı futbolçusu açıqlanıb

19 May 2021 15:57

Xəbər 390 dəfə oxunub

İngiltərənin “Mançester Yunayted” futbol klubunda 2020-2021-ci il mövsümünün ən yaxşı futbolçusu açıqlanıb.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən Bruno Fernandes birinci olub.Portuqaliyalı yarımmüdafiəçi səslərin 63 faizini toplayıb. Luk Şou 2-ci, Edinson Kavani 3-cü olub.Qeyd edək ki, Bruno Fernandes ötən mövsümdə də bu ada layiq görülüb.xeber100.com