“Neftçi” futbol komandası komandası iki rekorda imza atıb

20 May 2021 19:28

Xəbər 395 dəfə oxunub

Futbol üzrə Premyer Liqanın qızıl medallarını qazanan “Neftçi” komandası iki rekorda imza atıb.Azərtac Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, doqquzuncu dəfə çempion olan Bakı klubu 19-cu dəfə mükafatçılar sırasında yer alıb.Gümüş medal qazanan “Qarabağ” komandası 15-ci dəfə ilk “üçlük”də yer alıb. “Sumqayıt” komandası isə tarixində ilk dəfə bürünc mükafata yiyələnməklə Azərbaycan çempionatları tarixində medal qazanan 18-ci komanda olub.Çempionluq sayına görə lider olan “Neftçi”dən başqa, “Qarabağ” 8, “Kəpəz” 3, “Şəmkir”, “Bakı” və “İnter” (hazırkı adı “Keşlə”) 2, “Turan” və “Xəzər Lənkəran” isə 1 dəfə zirvəyə yüksəliblər.Futbol üzrə Azərbaycan çempionatı 1992-ci ildən keçirilir.xeber100.com