Futbol üzrə İtaliya millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

18 May 2021 19:34

Xəbər 282 dəfə oxunub

Futbol üzrə İtaliya millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb.Azərtac xəbər verir ki, baş məşqçi Roberto Mançini milliyə 33 futbolçu çağırıb. Heyətdə qapıçılardan Canluici Donnarumma (“Milan”), Alessio Kranyo (“Kalyari”), Aleks Meret (“Napoli”), Salvatore Sirigu (“Torino”), müdafiəçilərdən Françesko Açerbi, Manuel Ladzari (hər ikisi – “Latsio”), Alessandro Bastoni (“İnter”), Kristian Biragi (“Fiorentina”), Leonardo Banuççi, Corco Kiellini (“Yuventus”), Covanni Di Lorenso (“Napoli”), Alessandro Frorenci (“Paris Sen-Jermen”), Canluka Mançini, Leonardo Spinaccola (“Roma”), Rafael Toloi (“Atalanta”) yer alıblar. Yarımmüdafiəçilərdən Nikolo Borella, Stefano Sensi (“İnter”), Qaetano Kastroville (“Fiorentina”), Brayan Kristante, Lorenso Pelleqrini (“Roma”), Manuel Lokatelli (“Sassuolo”), Matteo Pessina (“Atalanta”), Marko Verratti (“Paris Sen-Jermen”), hücumçulardan Andrea Belotti (“Torino”), Domeniko Berardi, Cakomo Raspadori (“Sassuolo), Federiko Bernardeski, Federiko Kieza (“Yuventus”), Vincenço Qrifo (“Frayburq”), Ciro İmmobile (“Latsio”), Lorenso İnsinya, Mateo Politano (“Napoli”) və Moyze Kin (“Paris Sen-Jermen”) heyətə çağırılıblar.R.Mançininin dəvət göndərdiyi futbolçular mayın 24-dən sonra təlim-məşq toplanışına cəlb olunacaqlar. Çağırılan oyunçulardan “Çelsi” klubunun iki futbolçusu – Jorginyo və Emerson Palmieri milli komandaya bu ayın sonunda – UEFA Çempionlar Liqasının final görüşündən sonra qatılacaqlar.Qeyd edək ki, “Avro-2020” bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. İtaliya millisi Türkiyə, Uels və İsveçlə birlikdə A qrupunda mübarizə aparacaq. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə qarşılaşmalarına, eləcə də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02