Budva şəhərində gənc və yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib.Azərtac Azərbaycan Boks Federasiyasının saytına istinadla xəbər verir ki, 15 ölkənin qatıldığı yarışda Azərbaycan milli komandası da iştirak edib. Turnirə Vaqif Kazımovun rəhbərlik etdiyi yeniyetmələrdən ibarət yığma qatılıb. Budvaya 10 boksçu ilə yollanan komandamız 3 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.Millimizin 3 üzvü turnirin qalibi olub. Kənan Babayev (48 kq) finalda Gürcüstanı təmsil edən Oruc Əhmədovu, Məhəmmədəli Qasımzadə (54 kq) bolqarıstanlı Viktorio İliyevi, Sənan Hətəmov (63 kq) ukraynalı Oleq Sapijakı məğlub edərək qızıl medala yiyələnib.Digər təmsilçilərimiz Tofiq Quliyevlə (46 kq) Ziya Həsənov (66 kq) həlledici görüşdə məğlub olaraq ikinci yeri tutublar. Yığmamızın üzvləri İbrahim Zeynalov (50 kq) və Xaqani Quliyev (+80 kq) isə bürünc medalla kifayətləniblər.Qeyd edək ki, yarış bu ilin iyul ayında Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır. Boksçularımız mayın 24-də Vətənə qayıdacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…