Mayın 25-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin – “The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsinin son beş turunun partiyaları oynanılacaq.Azərtac xəbər verir ki, yarışda iştirak edən Şəhriyar Məmmədyarov ilk oyununu argentinalı Alan Piçota qarşı keçirəcək. Sonrakı turlarda niderlandlı Aniş Giri, çinli Liren Dinq ilə üz-üzə gələcək şahmatçımız son iki turda Rusiya təmsilçiləri Aleksandr Qrişuk və Daniil Dubovu sınağa çəkəcək.Turnirdə mübarizə aparan digər təmsilçimiz Teymur Rəcəbov isə Aniş Giri, Liren Dinq, Aleksandr Qrişuk, Daniil Dubovla qarşılaşmalardan sonra sonuncu turda Maqnus Karlsen ilə üz-üzə gələcək.Qeyd edək ki, T.Rəcəbov ötən 10 turun nəticəsinə görə, 6,5 xalla liderlər qrupunda mübarizə aparır. Ş.Məmmədyarov isə 5 xalla 10-cu sıradadır.“The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı iştirak edir. Bu gün ilkin mərhələnin yekunlarına görə, pley-offda mübarizə aparacaq 8 şahmatçı müəyyənləşəcək.“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…