Futbol üzrə Uels millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb.Azərtac xəbər verir ki, baş məşqçi Robert Peyc milliyə 28 nəfər çağırıb. Heyətdə qapıçılardan Ueyn Hennessi (“Kristal Palas”), Denni Uord (“Lester”), Adam Deyvis (“Stok Siti”), müdafiəçilərdən Ceyms Laurens (“Sankt Pauli”, Almaniya), Ben Devis, Co Rodon (“Tottenhem”), Kris Mefam (“Bornmut”), Kris Qunter (“Çarlton” İngiltərə), Riys Norrinqton-Deyvis (“Şeffild Yunayted”), Neko Uilyams (“Liverpul”), Tom Lokyer (“Luton”) yer alıblar. Yarımmüdafiəçilərdən Co Allen (“Stok Siti”), Co Morrell (“Luton”), Etan Ampadu (“Çelsi”), Mettyu Smit (“Mançester Siti”), Conni Uilyams, Rubin Koluill (“Kardiff”), Aaron Remsi (“Yuventus”), Dilan Lyuitt (“Mançester Yunayted”), George Tomas (KPR), hücumçulardan isə Kiffer Mur, Mark Harris (“Kardiff”), Harri Uilson (“Liverpul”), Qaret Beyl (“Real Madrid”), David Bruks (“Bornmut”), Tayler Roberts (“Lids”) Tom Lourens (“Derbi”), Rabbi Matondo (“Şalke”) heyətə çağırılıblar.“Avro-2020” bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Uels millisi İsveçrə, Türkiyə və İtaliya birlikdə A qrupunda mübarizə aparacaq.Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə qarşılaşmalarına, eləcə də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…