Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2022-ci ildə keçiriləcək iddiaçılar turnirində iştirak edəcək şahmatçıları müəyyənləşdirib.Azərtac xəbər verir ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbov 2019-cu ildə keçirilmiş dünya kubokunun sahibi kimi bu nüfuzlu yarışda iştirak edəcək.İddiaçılar turnirində T.Rəcəbovdan başqa bu ilin dekabrında dünya çempionu adı uğrunda keçiriləcək qarşılaşmada məğlub oyunçu (Maqnus Karlsen – Yan Nepomnyaşi), 2021-ci ilin avqustunda keçiriləcək dünya kubokunun qalibi və finalçısı, noyabrda Men adasında təşkil ediləcək “Grand Swiss 2021”də ilk iki yeri tutan şahmatçı və 2022-ci ildə təşkil ediləcək Qran-Pri seriyasının nəticələrinə görə ilk iki yeri tutan şahmatçı mübarizə aparacaq.Xatırladaq ki, ötən ilin martında Teymur Rəcəbov dünyada hökm sürən koronavirus pandemiyası səbəbindən FIDE-yə iddiaçılar turnirini başqa vaxta təxirə salmağı təklif etmişdi. FIDE isə bu təklifə sərt reaksiya verərək T.Rəcəbovu turnirdən uzaqlaşdırmaq barədə qərar vermişdi.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…