Milli Gimnastika Arenasında dünya çempionatı davam edir

29 May 2021 20:47

Xəbər 482 dəfə oxunub

Bakıda, Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, yarışda 22 ölkədən 171 gimnast birincilik uğrunda mübarizə aparır.Son dövrlərdə Azərbaycanda inkişaf etdirilən aerobikası gimnastikası üzrə Avropa çempionatı ölkəmizdə ilk dəfə 2019-cu ildə təşkil olunub. Çempionata uğurla ev sahibliyi etmiş Milli Gimnastika Arenası bu dəfə qapılarını dünya birinciliyində iştirak edən gimnastikanın ən dinamik növünün nümayəndələri üçün açıb.Azərbaycanı yarışlarda Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Nurcan Cabbarlı, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva təmsil edirlər.Çempionatın sonuncu günündə müxtəlif proqramlar üzrə final yarışları keçirilir.xeber100.com