“Champions Chess Tour” seriyasının final mərhələsinin oyunları keçiriləcək

31 May 2021 15:19

Xəbər 383 dəfə oxunub

Mayın 31-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirində final mərhələsinin oyunları keçiriləcək.Azərtac xəbər verir ki, bu mərhələdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov üçüncü yer uğrunda rusiyalı Yan Nepomnyaşi ilə ikinci dövrədə qarşılaşacaq. Birinci dövrədə şahmatçılar arasında görüş heç-heçə başa çatıb.Turnirin qalibi adı uğrunda isə M.Karlsen ABŞ şahmatçısı Uesli So ilə üz-üzə gələcək.“The FTX Crypto Cup” turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “bitcoin” təşkil edir.“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.xeber100.com