İyunun 14-dən 20-dək Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, qitə birinciliyində hər 3 güləş növü üzrə millilərimiz ölkəmizi təmsil edəcək.Yığmalarımız məsul yarışa Bakıda hazırlaşır. Sərbəst güləşçilər böyük məşqçi Əsgərxan Novruzov, qızlar isə böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi ilə Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçirlər. Yunan-Roma güləşi üzrə müvafiq komandamız isə Tofiq Bəhramov adına Respublika Stadionunun güləş zalında böyük məşqçi Taleh İsrafilovun tapşırıqlarını icra edir.Qeyd edək ki, analoji yarış sonuncu dəfə 2019-cu ildə İtaliyanın Faenza şəhərində keçirilib. Həmin Avropa çempionatında güləşçilərimiz uğurlu çıxış edərək 4 qızıl, 3 gümüş, 8 bürünc olmaqla, ümumilikdə 15 medal qazanıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…