İtaliya millisi Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib

27 İyun 2021 22:03

Xəbər 404 dəfə oxunub

Futbol üzrə İtaliya millisi Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib.Azərtac xəbər verir ki, iyunun 26-da Londondakı “Uembli” stadionunda İtaliya və Avstriya yığma komandaları üz-üzə gəliblər.Matçın əsas vaxtında qapılara top vurulmayıb. Qalibi müəyyənləşdirmək üçün oyuna əlavə vaxt təyin olunub. Əlavə hissədə rəqibini 2:1 hesabı ilə məğlub edən İtaliya millisi “Avro-2020″nin dörddəbir final mərhələsinə adlayıb.İtaliya millisinin heyətində Federiko Çiesa, Matteo Pissina, rəqib komandadan isə Saşa Kalajdziç fərqlənib.İtaliya millisi dörddəbir finalda Belçika – Portuqaliya qarşılaşmasının qalibi ilə görüşəcək.xeber100.com