“Avro-2020”nin səkkizdəbir final mərhələsində

29 İyun 2021 14:06

Xəbər 389 dəfə oxunub

Futbol üzrə İsveçrə yığması 67 illik həsrətə son qoyub.Azərtac xəbər verir ki, komanda buna “Avro-2020”nin səkkizdəbir final mərhələsində Fransa yığmasını mübarizədən kənarlaşdırmaqla nail olub.İsveçrə yığması uzun müddət idi irimiqyaslı turnirlərdə ən güclü 8 komanda arasında yer ala bilmirdi. Komanda sonuncu dəfə 1954-cü ildə İsveçrədə təşkil olunan dünya çempionatının dörddəbir final mərhələsində mübarizə aparmaq hüququ qazanıb.Qeyd edək ki, Fransa-İsveçrə oyununun əsas vaxtı 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda da qalib müəyyənləşməyib. Penalti seriyasını dəqiq yerinə yetirən İsveçrə millisi (5:4) Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib.xeber100.com