“Neftçi” futbol klubu braziliyalı futbolçu ilə yollarını ayırıb

30 İyun 2021 15:13

Xəbər 408 dəfə oxunub

Bakının “Neftçi” klubu braziliyalı futbolçu ilə yollarını ayırıb.Azərtac kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi sol cinah müdafiəçisi Tallison Diasla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.Klub rəhbərliyi braziliyalı futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.Qeyd edək ki, ötən ilin yayında “Neftçi”yə transfer olunmuş Tallison 22 oyunda meydana çıxıb.xeber100.com