İtaliya – İspaniya qarşılaşmasının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb

7 İyul 2021 13:20

Xəbər 431 dəfə oxunub

İyulun 6-da futbol üzrə 16-cı Avropa çempionatının yarımfinal mərhələsinin ilk oyununun – İtaliya – İspaniya qarşılaşmasının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.Azərtac xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilən matçın ilk hissəsi qolsuz heç-heçə ilə başa çatıb.Qarşılaşmada hesab 60-cı dəqiqədə açılıb. İtaliyalıların qapıçı Donnarumma ilə başlatdığı sürətli əks-hücumu Federiko Kieza cərimə meydançasından kənardan vurduğu baxımlı zərbə ilə dəqiq tamamlayıb – 1:0.İspaniya yığması bu qola matçın 80-ci dəqiqəsində Alvaro Moratanın Olmonun gözəl ötürməsindən sonra vurduğu topla cavab verib – 1:1.Qalan dəqiqələrdə hesab dəyişməyib və görüşün əsas vaxtı heç-heçə başa çatıb.Qalibi müəyyənləşdirmək üçün hazırda əlavə vaxt oynanılır.Final mərhələsinin digər iştirakçısı iyulun 7-də “Uembli” stadionunda keçiriləcək İngiltərə – Danimarka oyunundan sonra müəyyənləşəcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.“Avro-2020”nin final matçı iyulun 11-də “Uembli” stadionunda keçiriləcək.xeber100.com