Boksçular arasında Avropa birinciliyinə yekun vurulub

12 İyul 2021 13:59

Xəbər 485 dəfə oxunub

Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyinə yekun vurulub.Azərtac xəbər verir ki, Azərbaycan millisinin üzvü Məhəmmədəli Qasımzadə (54 kq) yarışı gümüş medalla başa vurub. Belə ki, boksçumuz ardıcıl olaraq Arseni Oniyenkonu (Ukrayna), Fyodor Kamanini (Estoniya) və Daniel Girleanunu (Rumıniya) məğlub etsə də, finalda rusiyalı Boqdan Primanın öhdəsindən gələ bilməyib. Gərgin idman mübarizəsi şəraitində keçən döyüş rəqibin qələbəsi ilə yekunlaşıb.Beləliklə, komandamız yarışı 1 medalla başa vurub.Qeyd edək ki, yarışda 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçu mübarizə aparıb. Komandamız qitə birinciliyində 14 idmançı ilə təmsil olunub.xeber100.com