“Neftçi” futbol klubu “Dinamo” komandasına qalib gəlib

14 İyul 2021 14:44

Xəbər 445 dəfə oxunub

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən görüşdə Bakının “Neftçi” klubu “Dinamo” (Tbilisi) komandasına qalib gəlib -2:1.Azərtac xəbər verir ki, “Bakcell Arena”da təşkil olunan görüşdə “Neftçi”nin heyətində Emin Mahmudov, Namiq Ələsgərov, rəqib komandadan isə Milan Radin fərqləniblər.Komandalar arasında Tbilisidəki ilk qarşılaşma da “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsinə görə, Bakı təmsilçisi UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib. Təmsilçimiz növbəti mərhələdə Yunanıstanın “Olimpiakos” komandası ilə qarşılaşacaq.Bu, “Neftçi”nin Çempionlar Liqasında yubiley – 20-ci matçıdır. Flaqman bunadək keçirdiyi 19 görüşün 6-da qələbə qazanıb, 5-də heç-heçə edib. Səkkiz qarşılaşma isə paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Qitənin ən nüfuzlu klub turnirində 16 qol vuran “Neftçi” qapısında 33 top görüb.xeber100.com