“Səbail” futbol klubu heyətinə yeni futbolçu qatıb

16 İyul 2021 10:41

Xəbər 458 dəfə oxunub

Bakının “Səbail” futbol klubu heyətinə yeni futbolçu qatıb.Azərtac klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Cavid Tağıyevi transfer edib. 29 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. O, komandada 10 nömrəli formanı geyinəcək.Qeyd edək ki, Tağıyevin son klubu “Sabah” olub.xeber100.com