Beynəlxalq Olimpiya Komitəsinin 138-ci sessiyası öz işinə başlayıb

20 İyul 2021 12:11

Xəbər 294 dəfə oxunub

İyulun 20-də Tokioda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 138-ci sessiyası öz işinə başlayıb.Azərtac xəbər verir ki, sessiya iştirakçıları əvvəlcə koronavirus pandemiyasının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.Sessiyada çıxış edən Yaponiyanın Baş naziri Yoşihide Suqa ölkəsinin Olimpiya Oyunlarını təhlükəsiz formatda keçirməkdə qətiyyətli olduğunu bir daha vurğulayıb.Yaponiya sakinlərinin həyatının və sağlamlığının hökumət üçün prioritet təşkil etdiyini qeyd edən Baş nazir, idmançıların yarışlarda özlərini rahat hiss etmələri üçün də lazım olan bütün addımların atıldığını bildirib. “Biz Oyunların təhlükəsiz formatda keçirilməsinə qəti şəkildə hazırıq”, – deyə Y.Suqa qeyd edib.BOK prezidenti Tomas Bax isə dünya ictimaiyyətinin Olimpiadanı təşkil etdiyinə görə yapon xalqına heyran olacağını söyləyib. “Nəhayət həmin an çatacaq. Düşünürəm ki, yarışları seyr edən bir neçə milyard insan Yaponiya əhalisinə heyran olacaq”, – deyə BOK prezidenti bildirib.BOK-un cari sessiyasında Yaponiyanın pandemiya şəraitində Oyunlara hazırlıq səviyyəsi qiymətləndiriləcək. Həmçinin 2032-ci ildə Yay Olimpiya və Paralimpiya Oyunlarının Avstraliyanın Brisben şəhərində keçirilməsi barədə qərar qəbul ediləcək. Sessiya zamanı BOK-un rəhbər vəzifələrinə seçkilərin keçiriləcəyi də gözlənilir.Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 23-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə yarışların vaxtı bir il sonraya dəyişdirilib. Təşkilatçıların yekdil qərarına əsasən əcnəbi tamaşaçılar və Yaponiyanın altı prefekturasının sakinləri yarışlara buraxılmayacaq. Bununla yanası, ölkədə epidemioloji vəziyyət ağır olduğuna görə Oyunlar fövqəladə vəziyyət şəraitində keçiriləcək.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02