“Qəbələ” futbol klubu heyətinə yeni futbolçu qatıb

19 İyul 2021 13:21

Xəbər 964 dəfə oxunub

2021-2022-ci il mövsümünün hazırlığını davam etdirən “Qəbələ” klubu heyətinə yeni futbolçu qatıb.Azərtac kluba istinadla xəbər verir ki, “Qəbələ” kamerunlu qapıçı Kristof Atanqana-Assimba ilə ikiillik müqavilə imzalayıb.İspaniya vətəndaşlığı da olan 21 yaşlı qolkiper peşəkar karyerasını bu ölkənin klublarında keçirib. Kristof “Atletik Bilbao”, “Baskoniya”, “Leyoa”, “Somorrostro”, “Arenas de Qetxo” klublarının formasını geyinib.Qeyd edək ki, “Qəbələ” Atanqana-Assimbaya qədər Urfan Abbasov, Məqsəd İsayev və Nicat Mehbalıyevı heyətinə qatıb.xeber100.com