UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində üz-üzə gələcək “Olimpiakos” (Yunanıstan) və “Neftçi” (Bakı) komandalarının start heyətləri açıqlanıb.Azərtac xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da Yunanıstanın Pirey şəhərindəki “Georgios Karaiskakis” stadionunda keçiriləcək qarşılaşmanı portuqaliyalı referi Joao Pinyeyru idarə edəcək.Bakı təmsilçisinin start heyətində Aqil Məmmədov, Mamadu Mboc, Voislav Stankoviç, Namik Ələskərov, Emin Mahmudov, Sezar Meza Kolli, Harramiz Soareş, Mert Çelik və Yusuf Laval yer alıblar.”Olimpiakos”un heyətində isə Konstantinos Tsolakis, Ruben Semedu, Məhəmməd Kamara, Andreas Buxalakis, Ahmed Hassan, Tanasis Andrutsos, Pyer Kunde, Giorqos Masuras, Svetozar Markoviç, Oleq Ryabçuk və Lazar Ranceloviç meydana çıxacaqlar.Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda təşkil olunacaq.”Neftçi” Çempionlar Liqasında mübarizəyə birinci təsnifat mərhələsindən başlayıb. Bakı təmsilçisi Gürcüstanın “Dinamo” (Tbilisi) komandasını hər iki oyunda eyni hesabla yenib – 2:1. “Olimpiakos” isə birbaşa bu mərhələdən çıxış etməyə başlayacaq.Cütün qalibi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Mura” (Sloveniya) – “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Malmö” (İsveç) – HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…