Tokioda Yay Olimpiya Oyunları davam edir

26 İyul 2021 14:20

Xəbər 605 dəfə oxunub

Tokioda Yay Olimpiya Oyunları davam edir.Azərtac xəbər verir ki, Azərbaycan taekvondoçusu Milad Beiqi Hərçəqani (80 kq) dörddəbir final mərhələsində özbəkistanlı Nikita Rafaloviç ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibinə 1:12 hesabı ilə məğlub olub.Qeyd edək ki, digər taekvondoçumuz Fəridə Əzizova (67 kq) startda ABŞ təmsilçisi Peyc Makfersona uduzub.Xatırladaq ki, Milad Beiqi Hərçəqani Rio Olimpiadasında bürünc medal qazanıb.Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Komandamız medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan millimiz 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.xeber100.com