XV Yay Paralimpiya Oyunlarında 24 idmançımız iştirak edəcək

22 İyul 2016 11:39

Xəbər 1718 dəfə oxunub

Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunacaq. Azərtac xəbər verir ki, bu sözləri iyulun 22-də Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib. Millimizin “Rio-2016”da idmanın 6 növü üzrə 41 lisenziya qazandığını vurğulayan İ.Rəhimov bildirib ki, bu, London Paralimpiadası ilə müqayisədə çoxdur. Belə ki, 2012-ci ildə Londonda təşkil olunan Paralimpiya Oyunlarında 21 idmançı 36 lisenziya qazanmışdı.xeber100.com