İyulun 15-dən Tbilisidə təlim-məşq toplanışında olan “Sabah” futbol klubu toplanış çərçivəsində sonuncu oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız “Zestafoni” təlim-məşq bazasının stadionunda yerli “Saburtalo” klubu ilə qarşılaşıb.Güclü yağışın müşayiəti ilə keçirilən matçda hesabı meydan sahibləri açıblar. Akaki Şulaya görüşün 41-ci dəqiqəsində penaltidən fərqlənərək komandasını hesabda önə keçirib. Oyunun 68-ci dəqiqəsində komandamız da 11 metrlik cərimə zərbəsi qazansa da, Coy-Lens Mikelsin zərbəsindən sonra top qapı tirinə dəyərək çölə çıxıb. Matçda 74-cü dəqiqədə isə gənc futbolçumuz Veysəl Rzayev Mixeil Erqemlidzenin ötürməsindən sonra matçda bərabərliyi təmin edən qola imza atıb. Görüş elə bu hesabla da başa çatıb. Qalib oyunsonrası penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasını dəqiq yerinə yetirən “Saburtalo” 4:2 hesabı ilə qalib gəlib.Qeyd edək ki, “Sabah” Tbilisi toplanışı çərçivəsində daha əvvəl “Şukura” (1:0), “Samqurali” (0:1) və “Telavi” (1:3) klubları ilə qarşılaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…