“Sabah” futbol klubu heyətini daha bir futbolçu ilə gücləndirib

4 Avqust 2021 10:38

Xəbər 529 dəfə oxunub

Növbəti mövsümə hazırlığı davam etdirən Bakının “Sabah” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, gürcüstanlı hücumçu Mixeil Erqemlidze bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq.İyirmi iki yaşlı futbolçu ilə üçillik müqavilə bağlanıb.“Dinamo”nun (Tbilisi, Gürcüstan) yetirməsi olan Erqemlidze karyerası ərzində bu klubun əsas komandası ilə yanaşı, Gürcüstanın “Çixura”, “Qaqra” və Türkiyənin “Adana Demirspor” klublarında çıxış edib.xeber100.com