“Qarabağ” klubu Azərbaycan millisinin futbolçusu ilə müqavilə imzalayıb

3 Avqust 2021 10:43

Xəbər 773 dəfə oxunub

Ağdamın “Qarabağ” klubu Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ilə birillik müqavilə imzalayıb.Azərtac kluba istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi 7 nömrəli formada çıxış edəcək.Bu, təcrübəli oyunçunun Ağdam təmsilçisinə 3-cü qayıdışıdır. O, daha əvvəl 2012-2018-ci illərdə, həmçinin 2019-cu ildə Ağdam təmsilçisinin şərəfini qoruyub.Qeyd edək ki, Riçard Almeydanın son klubu “Zirə” olub.xeber100.com