Avqustun 6-da Hövsan Olimpiya İdman Kompleksində kunq-fu üzrə Bakı birinciliyi və çempionatı keçirilib.Azərtac xəbər verir ki, kadet, yeniyetmə, gənc və böyüklər arasında təşkil olunan yarışda 100-dək idmançı birincilik uğrunda mübarizə aparıb.Azərbaycan Kunq-fu Federasiyasının baş hakimi Babək Əliyev yarışın karantin qaydaları çərçivəsində keçirildiyini qeyd edərək deyib ki, yarışa 18 yaşdan yuxarı vaksinasiya olunmuş idmançılar qatılıblar. Yarışın qalibləri müxtəlif yarışlarda iştirak etmək hüququ qazanacaqlar. Çempionat milli komandanın heyətinin formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Gündüz Vəliyev yarışın əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, yarışın qalibləri sentyabrın əvvəlində təşkil olunacaq Azərbaycan çempionatında iştirak hüququ qazanacaqlar.Ölkəmizdə Vətən müharibəsi şəhidlərinin xatirəsinə müxtəlif idman növləri üzrə yarışların təşkil olunduğunu deyən G.Vəliyev yeniyetmələr arasında vətənpərvərlik ruhunun formalaşdırılması və geniş yayılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.Yarışın qaliblərinə medal və diplom təqdim edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…