Azərbaycan millisi “Savaria” turnirində sonuncu oyununu keçirib

8 Avqust 2021 10:42

Xəbər 388 dəfə oxunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstanın Samboteli şəhərindəki beynəlxalq “Savaria” turnirində sonuncu oyununu keçirib.Azərtac Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, millimiz Çexiya yığması ilə qarşılaşıb. Görüş çexiyalı voleybolçuların 3:0 hesablı qələbəsi ilə başa çatıb.Voleybolçularımız ilk oyunda Macarıstan seçməsinə 2:3 hesabı ilə məğlub olublar. Növbəti oyunda Niderlanda qarşılaşan yığmamız 0:3 hesabı ilə uduzub.Beləliklə, seçməmiz turnirdə sonuncu olub.xeber100.com